Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət edib

Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət edib

Tarix: 18 Sentyabr 2022 20:46

Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Kraliçanın cənazəsini ziyarət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Prezident Co Bayden "Westminster Hall"da Kraliçanın cənazəsini ziyarət edib.

ABŞ prezidenti cənazəyə baxarkən əlini ürəyinin üzərinə qoyub.

O, daha sonra Kral Çarlz, kralliyət ailəsinin digər üzvləri və dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu şəxslərlə bir araya gələcək.

Qeyd edək ki, Kraliça II Elizabetin rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.

Milli.Az


Etiketlər:  Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ