Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 16:30
Konserti mən özüm təxirə salmışam. Bizə İsraildən heç kim "konserti təxirə sal" deməyib.
Sonxeber.net xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib.
"Sentyabır ayının 13-də şəhid xəbəri gələn kimi dərhal konsertimi ləğv etdim. Saytlarda yanlış başlıqlar yazırlar ki, orada yaşayan insanlar bunu məndən tələb edib. Xəbəri olduğu kimi yazsalar, daha yaxşı olar. Biz bəyəm xalq düşməniyik ki, şəhidimiz olduğu halda konsert verək? Yazırlar ki, guya onlar belə dönəmdə konsert istəmirlər. Xeyr, bu, doğru məlumat deyil. Əksinə, onlar məndən konserti təxirə salmamağı tələb edirlər. Hətta imtina etdiyim üçün təşkilatçılar mənə qarşı təzminat davası açıblar. Mən onlardan aldığım üç min dolları artıq dünən geri qaytarmışam", - Şəbnəm Tovuzlu deyib.
Xatırladaq ki, İsraildə yaşayan azərbaycanlılar ifaçının konsertinin ləğv edilməsini məhz özlərinin tələb etdiyini iddia edirlər:
"Bizim içimiz burda qan ağlayır. Hər gün şəhidlərə, şəhid tabutlarına baxıb ağlayırıq. Şəbnəm də bura konsertə gəlir. Ayıb deyil? Sən pulunu almısan, sənə nə var, gəlirsən. Biz sənin bura gəlməyini istəmirik. Səni İsraildə tanıyan var, israillilər üçün gəlmirsə ki? Sən azərbaycanlılar üçün gəlirsən, biz də istəmirik. Ayıbdır, şəhidlərin ailələrindən utan, biabırçılıqdır".
Qeyd edək ki, konsert 21 sentyabrda İsrailin Aryuda şəhərində keçiriləcəkdi.