Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2022 20:36
Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və klinikanın Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov xəstə üzərində böyrək köçürülməsi əməliyyatını icra ediblər.
A.Namazovun bildirdiyinə görə, əvvəllər üzərində açıq ürək əməliyyatı keçirilmiş və dializ xəstəsi olan pasiyent risk qrupuna daxil olan xəstələrdən hesab olunub:
"Amma kardioloqlar və kardio-cərrahların konsultasiyasından sonra xəstənin əməliyyata götürülməsinə qərar verildi. Əməliyyat tərəfimizdən uğurla icra olunaraq ona böyrək köçürülüb. Əməliyyatdan öncə 10-un üzərində olan kreatin göstəricisi hazırda 1,6-dək enib. Xəstə nəzarətimiz altındadır, özünü yaxşı hiss edir".