Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 15:15
Somali əsilli amerikalı model Həlimə Aden "təqaüdə" çıxdıqdan sonra yenidən dəb sənayesinə qayıtmağı planlaşdırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Aden hələ avqustda Amerikanın "Creative Artists Agency" agentliyi ilə müqavilə imzalayıb.
"Mən səs-küylə gəldim, sonra da səs-küylə dəb sənayesini tərk etdim. İndi mən zirvəyə qayıtmaq istəyirəm" - deyə model bildirib.
Adenin sözlərinə görə, indi o, özünü podiumda görmür. Həlimə biznes təhsili almağı və dəb sənayesində bu istiqamətdə inkişaf etməyi düşünür.
Qeyd edək ki, model 2020-ci ilin noyabr ayında karyerasına son qoyduğunu açıqlayıb.