Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 17:24
"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.
Sonxeber.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət sentyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.