Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

Tarix: 22 Sentyabr 2022 19:58

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u futbolçusu Kostas Manolasla yollarını ayırıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 31 yaşlı yunanıstanlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubunda davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Milli.Az


Etiketlər:  Olimpiakos yerli müdafiəçi ilə yollarını ayırıb


RƏYLƏR