Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 10:40
Bir sıra deputatlar Sofiya Rotarunun Rusiyada çıxışı qadağan olunan sənətçilər siyahısına daxil edilməsini təklif ediblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, musiqi tənqidçisi Sergey Sosedov isə 75 yaşlı sovet estrada ulduzunun müdafiəsinə qalxmaq qərarına gələrək çoxlarını təəccübləndirib.
"Prozvezd" internet nəşrinə müsahibəsində Sosedov bu cür bəyanatların qəzəb və aqressiyadan qaynaqlandığını bildirib və həmçinin belə ideyaların müəlliflərinin Sofiya Mixaylovnaya sadəcə qısqanclıqla yanaşdığını irəli sürüb:
"Yaxşı görünür, bahalı plastik əməliyyatlar etdirib. Sonya apolitik bir insandır. O, Krımın kimin olması ilə maraqlanmır. Soruşsan, cavab verəcək - "Kimindir, Krım mənimdir!" 1976-cı ildən orada tam hüquqlu sakin olduğu üçün daim Krımda yaşayırdı".
Musiqi tənqidçisi Rotarunun niyə böyük şəhərlərdə yaşamaması ilə bağlı həqiqəti də açıqlayıb - o, müğənninin ağır xəstə olduğunu iddia edir. Sofiya Mixaylovnaya amfizem diaqnozu qoyulub, buna görə də o, yalnız dəniz yaxınlığında, isti iqlimdə yaşaya bilər:
"Onun üçün Kiyevdə, hətta Moskvada yaşamaq çox çətindir. O, həmişə burada boğulurdu. Buna görə də həmişə Krımda yaşayırdı".