Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 19:12
İranda ölümlə nəticələnən etiraz aksiyalarında ictimai təhlükəsizliyi təhdid edən nümayişçilərlə qəti şəkildə mübarizə aparılmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
"Aksiyalarla, ictimai asayiş və təhlükəsizliyə təhdid arasında fərq qoyulmalıdır. Mən ölümlərə səbəb olan bu kimi hadisələri "iğtişaşlar və şər" adlandırıram", - İran prezidenti bildirib.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir.