Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2022 01:16
Xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndiriləcək.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 50 min manatdan yuxarı qanunsuz pul köçürənlərə qarşı sərt tədbirlər görüləcək.
Mövzu ilə bağlı danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməni təşkil etmiş şəxslər inzibati qayadada cəzalanacaqlar.
Millət vəkili qeyd edib ki qanunsuz yolla köçürülən vəsaitin miqdarı 50 min manatı keçəcəyi təqdirdə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Onun sözlərinə görə, qanuni yolla pul köçürən şəxslər heç bir məhdudiyyətlə üzləşməyəcəklər.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: