Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin məktəbləri boş qoyur:Müəllimlər döyüşə aparılır

Putin məktəbləri boş qoyur:Müəllimlər döyüşə aparılır

Tarix: 25 Sentyabr 2022 21:00

Rusiyada qismən səfərbərlik çərçivəsində döyüş təcrübəsi olan kişi müəllimlər hərbi xidmətə çağırıla bilər.

Bu barədə TASS agentliyinə bu gün "122" qaynar xətti ilə məlumat verilib.

"İlk növbədə, indi döyüş təcrübəsi və rütbəsi olanları səfərbər edirlər. Bu, hərbi komissarlığın ixtiyarında olacaq", - deyə qaynar xəttdən müəllimlərin səfərbər oluna biləcəyi ilə bağlı suala cavab olaraq bildirilib.

Bundan əvvəl Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin nümayəndəsi Vladimir Tsimlyanski bildirib ki, indi orduya atıcılar, tankçılar, topçular və sürücülər lazımdır və çağırışda əsas amillərdən biri döyüş təcrübəsinin olmasıdır.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik haqqında fərman imzalayıb. Müdafiə naziri Sergey Şoyqunun izah etdiyi kimi, 1000 kilometrlik təmas xəttinə nəzarəti saxlamaq və Ukraynada azad edilmiş (oxu:işğal edilmiş-red.) əraziləri qorumaq tələb olunur. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, 300 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır ki, bu da səfərbərlik ehtiyatının 1,1 faizini təşkil edir. Nazirlikdən verilən məlumata görə, çağırışa 35 yaşa qədər sıravi və çavuşlar, 50 yaşa qədər kiçik zabitlər və 55 yaşa qədər yüksək rütbəli zabitlər çağırılır. Eyni zamanda, Şoyqu qeyd edib ki, bunlar orduda xidmət etmiş, döyüş təcrübəsi və orduda tələb olunan ixtisaslara malik ehtiyatda olan hərbçilər olmalıdır.

Vətəndaşlar Rusiyada elan olunmuş qismən səfərbərlik barədə məlumatı 122 nömrəli qaynar xəttdən öyrənə bilərlər. Xidmət ölkənin bütün bölgələrində aktivdur və zəngləri qəbul etməyə hazırdır.


Etiketlər:  Putin məktəbləri boş qoyurMüəllimlər döyüşə aparılır


RƏYLƏR