Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 08:06
İran ABŞ-ın razılaşa bilməyəcəyi məsələləri nüvə sazişi danışıqlarına cəlb etmək istəyir.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində bildirib.
ABŞ-ın xarici əlaqələr idarəsinin rəhbəri İranla danışıqların bərpasında perspektiv görmədiyini açıqlayıb:
"Biz pis razılaşmanı qəbul etməyəcəyik. Avropalı tərəfdaşlarımızın son təkliflərinə verdikləri cavab geriyə doğru çox mühüm addım idi. Yaxın perspektivdə bunu bir nəticəyə çatdırmaq üçün heç bir imkan görmürəm".
Xatırladaq ki, yayda tərəflər sövdələşmənin bərpası perspektivlərini müsbət qiymətləndirdilər. Lakin sentyabrda Vaşinqton Tehranın təkliflərə olan cavabını qeyri-konstruktiv adlandırıb. Bu danışıqlar fonunda Böyük Britaniya, Fransa və Almaniya İranı nüvə proqramını bəyan edilmiş mülki məqsədlərə xidmət etməməkdə ittiham ediblər.