Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2022 18:14
Gəlişi ilə təbiəti qızılı rəngə boyayan payız sevilən fəsil olsa da, arzuolunmaz tərəfləri də var: Aramsız yağışlar, çay daşqınları bəzən özü ilə ciddi fəsadlar da gətirir. Xüsusən dağ çaylarında sululuğun artması daha təhlükəli hesab edilir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Şəkinin Baş Küngüt və Baş Kəldək kəndləri ərazisindən keçən Küngüt çayı da belə su hövzələrindəndir. Sakinlər deyirlər ki, hər ilin bu dövrlərində qorxu və həyəcan içində yaşayırlar. Çünki sahil bəndləri yarana biləcək selin qarşısını almaq gücündə deyil.
Şəki Suvarma Sistemləri idarəsindən isə bildirildi ki, sözügedən çayın məcrasında tənzimlənmə işləri mütəmadi həyata keçirilir.Hətta 2014-cü ildə 100 poqonametr beton bənd tikilib. Ancaq görülən tədbirlər yarana biləcək fəsadların qarşısını almağa kifayət etmir.
Oxşar vəziyyət İsmayıllı rayonu ərazisindənaxan dağ çaylarında da yaşanır. Burada daşqın təhlükəsi olan çaylar daha çox Talıstançay, Girdimançay və Gülyançay hesab edilir.
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar cəmiyyətinin rəsmisi Dilqəm Şərifov bildirir ki,ölkəmizdə selin yarandığı 154 çay var ki, bunlardan 61-i daha təhlükəlidir.Həmin su hövzələrində də mütəmadi bənd vurma işləri aparılır.
Dilqəm Şərifov deyir ki,bəndlərin tikilməsi ilə paralel çay yataqlarının genişləndirilməsi, su kanallarının lildən təmizlənməsi istiqamətində də işlər görülür.