Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! - Tezliklə bahalaşacaq

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! - Tezliklə bahalaşacaq

Tarix: 28 Sentyabr 2022 09:42

"Rusiya vətəndaşlarının Azərbaycana axını kirayə bazarda qiymətlərə təsir göstərə bilər".

Sonxeber.net xəbər verir ki, bunu musavat.com-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib.

Ekpsert bildirib ki, bazara birdən-birə kütləvi axın qiymətlərə təsirsiz ötüşmür:

"Lakin Rusiya vətəndaşlarının Azərbaycana axın etməsinin daşınmaz əmlak bazarına təsir göstərəcəyini düşünmürəm. Çünki onlar bəzi hallarda nağd pulla ev almaq məqsədilə gəlmirlər. Çox az hissəsi bu məqsədlə ölkəyə gələ bilər. Onlar ölkələrindən bir müddət aralı qalmaq üçün çıxırlar və düşünürlər ki, vəziyyət sabitləşəndən sonra yenidən qayıdacaqlar. Xüsusilə Rusiya vətəndaşı olan soydaşlarımız axın edəcək. Bu da yalnız kirayə mənzil bazarına təsir göstərə bilər. Nəticədə bazarda onsuz da məhdud olan mənzillər bir qədər də məhdudlaşa bilər. Təklif azalacaq, tələb isə daha da artacaq. Daşınmaz əmlak bazarında onsuz da qiymətlərin artımı müşahidə edilməkdədir. Sözügedən bazarda qiymətləri bahalaşdıran səbəblər təkcə bu faktor deyil. Ötən ildən qalma faktorlar da var, onlar birbaşa daşınmaz əmlak bazarında qiymətlərə təsir göstərir. Qiymətlər nisbətən artan temp üzrə davam etməkdədir. Qiymətlər ötən illə müqayisədə 15 faizə qədər artıb. Bu göstərici köhnə mənzilli binalarda 20 faizə qədər, yeni tikililərdə 15 faizə qədərdir. Kvadratı daha çox olan mənzillərdə 5-10% civarındadır. Torpaq bazarında da qiymət artımı var. Gələcəkdə bu axın davam edərsə və kütləvi hal alarsa, xüsusilə Rusiya ilə ABŞ və ya Qərblə Rusiya arasında savaş böyüyərsə soydaşlarımız Azərbaycana kütləvi axın edə bilərlər".


Etiketlər:  Paytaxt sakinlərinin NƏZƏRİNƏ Tezliklə bahalaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ