Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 09:58
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, palatanın plenar iclasında danışıb.
"Artıq maşınlarını da atırlar. Yeri gəlmişkən, bu maşınların kimlərə verilməsini də düşünmək lazımdır. Bəlkə, döyüşə gedənlərin ailələrinə verilsin?" - deyən Volodin belə bir qərarın düzgün addım ola biləcəyini vurğulayıb.
Spiker həmçinin sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahısının tərtib edildiyini vurğulayıb.
Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. O vaxtdan bəri yüz minlərlə insan ölkəni tərk edib. Qonşu Gürcüstanla sərhəddə isə kilometrlərlə tıxac yaranıb. Günlərlə yolda qalan rusiyalılardan bəziləri çarəni burada bazar açaraq maşınlarını dəyər-dəyməzinə satmaqda, digərləri isə avtomobillərini sahibsiz qoyaraq nəzarət-buraxılış məntəqəsinə piyada getməkdə görüblər.