Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2022 16:48
"İnsanlar öz seçimini edib. Bu, milyonlarla insanın iradəsidir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin Sovet İttifaqının saxlanması ilə bağlı 1991-ci ildə keçirilmiş referendumu xatırlayıb: "Milyonlarla insanın iradəsinə zidd olaraq bizim böyük ölkəmiz parçalandı. Sovet İttifaqı yoxdur, keçmişi qaytarmaq olmaz və müasir Rusiyanın buna ehtiyacı yoxdur, biz buna çalışmırıq".