Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Ukraynaya hava-hava tipli raket verəcək

Almaniya Ukraynaya hava-hava tipli  raket verəcək

Tarix: 1 Oktyabr 2022 23:00

Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynanın Odessa şəhərinə gizli səfər edib.

Milli.Az "Report"a istinadən bildirir ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşü zamanı almaniyalı nazir ölkəsinin "IRIS-T SLM" hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

"Ukrayna indi inanılmaz dərəcədə çox sayda hava hücumu ilə üzləşir, buna görə də hava hücumundan müdafiəyə daha çox dəstək verməyimiz çox vacibdir", - Kristina Lambrext bildirib.

Almaniya Müdafiə Nazirliyi tviterdə Kristina Lambrextin Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib.

"IRIS-T SLM" hava hücumundan müdafiə sistemləri qısa mənzilli hava-hava tipli raketləri ilə təhciz edilir.

Raket, infraqırmızı görüntü axtaran başlığı sayəsində gecəgündüz və hər cür hava şəraitində işləyə bilir. Silah Almaniyanın rəhbərliyi altında 6 iştirakçı ölkənin əməkdaşlığı ilə ərsəyə gəlib.

Milli.Az


Etiketlər:  Almaniya Ukraynaya hava hava tipli raket verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ