Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis gecə klubunun pilləkənlərində vəhşicəsinə öldürüldü - VİDEO

Polis gecə klubunun pilləkənlərində vəhşicəsinə öldürüldü - VİDEO

Tarix: 3 Oktyabr 2022 21:22

Rusiyada, Çitada polis məmuru yerli gecə klubunun pilləkənlərində döyülərək öldürülüb.

Milli.Az bildirir ki, dava anı və asayiş keşikçisinin ölüm anları müşahidə kameralarına düşüb.

Hər şey oktyabrın 2-ə keçən gecə Selenginskaya küçəsində yerləşən "Babylon" klubunda baş verib. Həmin axşam polis növbətçi olmayıb, istirahət edib. Hüquq-mühafizə orqanının əməkdaşı qonaqlardan biri ilə münaqişə edib. Nəticədə qonaq, müəssisənin eyvanında dayanan təhlükəsizlik əməkdaşına arxadan hücum edərək, ona bir neçə zərbə endirib. Bundan sonra məmur yıxılıb və başı pilləkənə dəyib. Bundan sonra o, ayağa qalxmayıb.

Faktla bağlı araşdırma aparılıb. Müstəntiqlər hadisə şahidlərini müəyyənləşdirib dindiriblər, həmçinin mühafizə kameralarını da ələ keçiriblər və indi onları yoxlayırlar.

"Ölüm səbəbinin müəyyən edilməsi üçün mərhumun meyitinin məhkəmə-tibbi ekspertizası təyin edilib. Bundan başqa, müstəntiqlər 32 yaşlı kişi ilə işləyir, ilkin məlumatlara görə, hər şeyə səbəb münaqişə olub", - deyə RF İstintaq Komitəsinin Trans-Baykal ərazisi üzrə İstintaq Komitəsi məlumat yayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Polis gecə klubunun pilləkənlərində vəhşicəsinə öldürüldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ