Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - VİDEO

Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - VİDEO

Tarix: 4 Oktyabr 2022 19:46

Azərbaycanda avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır. Yeni tətbiq olunmağa başlanacaq sistemlə 5 iş günü müddətində vətəndaş müraciətinə baxılacaq. Gələcəkdə bu müddət daha da qısaldılacaq.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılacaq.

Qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndəriləcək .Beləliklə, Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.

Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan "E-customs" elektron portalı və ya "Smart customs" mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ