Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kütləvi məzarlıq hələ SON DEYİL... - Politoloq

Bu kütləvi məzarlıq hələ SON DEYİL... - Politoloq

Tarix: 4 Oktyabr 2022 21:03

"Ermənilər həm birinci, həm də ikinci Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirərək toplu məzarlıqlarda basdırıblar. Bu toplu məzarlıqlarda əsgərlərimizlə yanaşı, mülki şəxslərin də sümüklərinə rast gəlmək mümkündür. Bu cür kütləvi məzarlıqlar daha çox birinci Qarabağ savaşına aiddir".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu politoloq Qabil Hüseynli deyib.

Bu gün işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndidə tapılan və azərbaycanlı hərbçilərə məxsus olduğu güman edilən kütləvi məzarlıqla bağlı fikirlərini bölüşən Qabil Hüseynli bildirib ki, Birinci Qarabağ savaşında ermənilər bu cür vəhşilikləri işğal etdikləri bir çox ərazilərdə gerçəkləşdiriblər:

"Bu gün tapılan toplu məzarlıq ermənilər tərəfindən öldürülən əsgərlərimizə aid ilk kütləvi məzarlıq ola bilər. Amma bu cür kütləvi məzarlıqlara azad olunan ərazilərdə hələ çox rast gələcəyik. Çünki Xocalıdakı soyqırımdan sonra ermənilər bu cür vandallıqlara imza atmağa davam elədilər. Xocalının yaxınlığındakı Qaradağlı, Edilli, Cəmilli, Meşəli, Ballıqaya, Ağdaban kimi yaşayış məntəqələrində azərbaycanlı əhalini kütləvi şəkildə qətlə yetirirdilər. Daha sonra onları bu cür kütləvi məzarlıqlarda basdırırdılar. Bu, erməni vandalizminin, erməni vəhşiliyinin bir nümunəsidir. Özü də dünyanın heç bir yerində görülməyən, misli-bərabəri olmayan bir vəhşilik. Bu cür toplu məzarlıqları aşkara çıxardıqdan sonra onları aktlaşdıraraq beynəlxalq təşkilatların müzakirəsinə çıxarmaq lazımdır. Çünki bir sıra hallarda ermənilər öz törətdikləri əməlləri bizim adımıza yazırlar. Beləliklə, dünya ictimai rəyini öz xeyirlərinə dəyişməyə çalışırlar. Biz heç vaxt əsir düşənləri kütləvi şəkildə güllələməmişik. Bizim mədəniyyətimizdə, tariximizdə toplu məzarlıq anlayışı yoxdur. Bunlar hamısı uydurmadır. Ermənilər bu cür iddialarla beynəlxalq ictimiyyətin gözünü boyamağa çalışırlar. Ermənilərin havadaları da bu cür təbliğatlardan Azərbaycan əleyhinə geniş şəkildə istifadə edirlər. Amma faktlar, həqiqətlər, Edillikdəki kütləvi məzarlıq da sübut edir ki, ermənilər zaman-zaman Azərbaycan xalqına qarşı kütləvi qətliamlar həyata keçiriblər".


Etiketlər:  kütləvi məzarlıq hələ DEYİL Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ