Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Zelenski ilə danışıqlar apardı

Bayden Zelenski ilə danışıqlar apardı

Tarix: 4 Oktyabr 2022 21:36

Oktyabrın 4-də ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə CNN Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadla məlumat yayıb.

Prezidentlərin telefon danışığının təfərrüatları hələlik açıqlanmayıb.

CNN-in qeyd edib ki, danışıqlar ABŞ-dan Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketinin mümkün elanından əvvəl baş tutub.

Xatırladaq ki, Bayden bundan əvvəl Rusiyanın ərazisinin bir hissəsini ilhaq etmək cəhdləri fonunda ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyinə inandırmışdı.

Milli.Az


Etiketlər:  Bayden Zelenski ilə danışıqlar apardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ