Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 17:32
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdə fəaliyyət göstərən işçi qruplarının iştirakı ilə görüş keçirilir.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün başlayan görüşə Avro-2020-nin Bakıda keçiriləcək 4 oyununun hazırlığı ilə məşğul olan Əməliyyat Qrupunun üzvləri qatılıb. Tədbir iki gün davam edəcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.