Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 12:38
AFFA-nın İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verdi. İK italiyalı mütəxəssislə müqavilə yenilədi və onun daha bir seçmə mərhələdə millimizin baş məşqçisi vəzifəsini icra edəcəyi dəqiqləşdi.
Sonxeber.net xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, Millətlər Liqasının son 3 matçında seçməyə qələbə qazandıran De Byazinin maaşı da artırılacaq.
Daha öncə illik təxminən 350 min avro əməkhaqqı alan çalışdırıcının yeni məvacibi 500 min avro təşkil edəcək.