Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 16:46
Amerikalı reper Half Ounce (əsl adı - Latauriişa O'Brayen) gəzinti zamanı güllələnib.
Sonxeber.net bildirir ki, bu barədə "People" məlumat yayıb.
Faciə çərşənbə axşamı, oktyabrın 4-də baş verib. Bildirilir ki, 32 yaşlı ifaçı dostu ilə küçədə olarkən və hamilə arvadı ilə telefonla danışarkən naməlum kişi qara rəngli furqonla onların yanına gələrək sənətçiyə 7-30 atəş açıb.
Telefonda silah səslərini eşidən həyat yoldaşı cinayət yerinə gəlib və həkimlər reperin başından aldığı yaradan öldüyünü bildiriblər. Nəşrin məlumatına görə, sənətçinin dördüncü övladına hamilə olan həyat yoldaşı onunla iki oğul və bir qız böyüdüb.
Hücum edən şəxs qaçıb, polis hazırda onu axtarır.
İrfan Vəliyev