Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu plan baş tutsa, Rusiya yox olacaq - Solovyov

Bu plan baş tutsa, Rusiya yox olacaq - Solovyov

Tarix: 6 Oktyabr 2022 08:04

ABŞ-ın planı baş tutsa, Rusiya Federasiyası olmayacaq, ümumiyyətlə, yox olacaq. Onların əsas məqsədi Rusiyanı yox etməkdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Rossiya 1" telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

"Hazırda cəbhədən bizə yalnız pis xəbərlər gəlir. Bu hələ başlanğıcdır. Bundan sonra daha çətin olacaq. Çünki artıq Ukrayna ordusu Rusiya ərazisi kimi tanıdığımız əraziləri vurur. Bu artıq siqnaldır. ABŞ hər şeyi plan üzrə edir. Bu plan baş tutsa, məsələ Ukrayna-Rusiya münaqişəsi ilə bitməyəcək. ABŞ-ın əsas məqsədi Rusiyanı yox etməkdir. Qərb bir dəfə səhv edib və 90-cı illərdə Rusiyanı sona qədər nəfəsin kəsməyib (SSRİ-nin dağılması nəzərdə tutulur - red.). Onlar bu dəfə bu səhvi etməzlər. Rusiyanı sona qədər boğacaqlar", - deyə o qeyd edib.


Etiketlər:  plan baş tutsa Rusiya olacaq Solovyov


RƏYLƏR