Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda Changan Qazel-ə çırpılıb - FOTO

Bakıda Changan Qazel-ə çırpılıb - FOTO

Tarix: 6 Oktyabr 2022 08:08

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, Ceyhun Talıbov idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman o idarəetməsində olan maşını eyni istiqamətdə olan "Qazel" markalı yük avtomobilinə çırpıb. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb.

Sürücü xəsarət alıb.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda Changan Qazel ə çırpılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ