Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 08:14
Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı vəzifəsinə təyin edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ölkə konstitusiyasını müvəqqəti əvəz edən Təsis Aktında deyilir:
"Qoruyucu və Vətənpərvərliyin Bərpası Uğrunda Hərəkatının prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanı kimi fəaliyyət göstərir".
Sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə prezidentliyindən uzaqlaşdırıb.
Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan etdilər.