Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 11:10
Azǝrbaycanın seçilǝn ali tǝhsil ocağı ADA Universitetinin tǝşǝbbüsü vǝ dǝstǝyi ilǝ hazırlanan "Azǝrbaycan" qǝzeti külliyyatının IV cildi bugünlǝrdǝ nǝşr edilǝrǝk oxucuların istifadǝsinǝ verilib.
IV cild qǝzetin 1919-cu il yanvar nüsxǝlǝrini - 76-102-ci nömrǝlǝri ǝhatǝ edir. IV cildin diqqǝt çǝkǝn materiallarından biri, dövrün mǝtbuatının ümumi mǝnzǝrǝsini ǝks etdirǝn "Müstǝqil mǝtbuat lüzumiyyǝti" adlı yazıdır. 5 yanvar 1919-cu il tarixli 79-cu nömrǝdǝ gedǝn bu yazıda müstǝqil Azǝrbaycanın paytaxtında o dövrdǝ nǝşr edilǝn qǝzetlǝr sadalanır: Bakı Rus Milli Komitǝsinin orqanı "Yedinaya Rossiya"; rus sosialist-inqilabçılarının orqanı "Znamya truda"; sosial-demokratların orqanı "İskra"; "mötǝdil" ermǝni dairǝlǝrinin orqanı "Naşe vremya"; "Daşnaksutyun" partiyasının orqanı "Vperyod". "Azǝrbaycan", ermǝni dilindǝ "Mer orer" adlı yeni bir qǝzetin dǝ o günlǝrdǝ nǝşrǝ başladığını xǝbǝr verir. Adı çǝkilǝn qǝzetlǝrin hamısı Azǝrbaycan xalqının vǝ dövlǝtinin mǝnafeyinǝ zidd fǝaliyyǝt göstǝrǝn, milli müstǝqilliyimizǝ açıqca düşmǝn mövqedǝ dayanan nǝşrlǝrdir. Belǝ bir şǝraitdǝ "Azǝrbaycan" qǝzetinin müraciǝti necǝ dǝ aktual sǝslǝnir: "...Azǝrbaycan türk vǝ islamları nöqteyi-nǝzǝrindǝn lazım gǝlir ki, bizim sǝsimiz düşmǝnlǝrimizǝ müqabil zǝif çıxmasın. Bu isǝ mǝtbuatımızın çoxalması ilǝ ola bilǝr."
"Azǝrbaycan"ın sǝhifǝlǝrini çevirdikcǝ, dövrün mǝtbuatının mǝnzǝrǝsi gözlǝrimiz qarşısında daha yaxşı canlanır. Tǝǝssüf ki, bu mǝnzǝrǝ bir o qǝdǝr dǝ ürǝkaçan deyildir. Mǝsǝlǝn 16 yanvar tarixli 89-cu nömrǝdǝ belǝ bir xǝbǝr görürük: "Azǝrbaycan Müsǝlman İctimaiyyuni-İnqilabiyyun firqǝsi [Sosialistİnqilabçılar partiyası] tǝrǝfindǝn bu günlǝrdǝ "Kǝndçi vǝ fǝhlǝ" adında türk lisanında hǝftǝlik bir qǝzetǝ nǝşr edilǝcǝkdir." 19 yanvar tarixli 91-ci nömrǝdǝ isǝ Azǝrbaycan Sosialist-İnqilabçılar partiyası Müvǝqqǝti Komitǝsinin sǝdri Ruhulla Axundovun bir mǝktubu dǝrc edilmişdir. Ruhulla Axundov, ǝvvǝlki xǝbǝri tǝkzib edǝrǝk belǝ yazır: "...Fövqǝlzikr [yuxarıda adı çǝkilǝn] 'Əkinçi vǝ fǝhlǝ' qǝzetǝsi Azǝrbaycan deyil, müsǝlman deyil vǝ sosialist deyil, Qafqaz vǝ Kaspiyski 'hökumǝtinin' ermǝni millǝtçilǝrinin tǝşǝbbüsü vǝ sǝrmayǝsi ilǝ nǝşr edilir." Bunların müqabilindǝ, milli maraqlarımıza xidmǝt edǝn nǝşr orqanı "Azǝrbaycan" qǝzetidir. "Azǝrbaycan" qǝzeti hǝm dǝ düşmǝn mövqedǝki bütün bu nǝşrlǝrlǝ mübarizǝ aparmaq, onların millǝtimizǝ vǝ dövlǝtimizǝ yönǝlǝn ǝsassız iddialarını susdurmaq kimi ağır bir yükü öz çiyinlǝrinǝ götürmüşdür. Tǝsadüfi deyil ki, "Azǝrbaycan" qǝzeti hǝr nömrǝsindǝ "düşmǝn cǝbhǝdǝki" mǝtbuatın çağırışlarına cavab vermǝk mǝcburiyyǝtindǝ qalır: "Rus Milli Komitəsi birtərəfdən bizi və bizim hökumətimizi tanımağı əsla qəbul etməyir, naşiri-əfkarı olan 'Yedinaya Rossiya' qəzetəsinin hər nömrəsində hökumətimizi ilan kimi çalır, azadlığımızın düşmənləri cərgəsində durub onlarla həmavaz olub, Azərbaycan istiqlalına qarşı bədguluq edir..." (N 78, 3 yanvar) " 'Znamya truda' xəbər vermişdi ki, guya, general Tomson Gəncə quberniyasının bəzi hissələrinin mühafizəsini Andranikə mühəvvəl edibmiş [tapşırıbmış]. General Tomson Rəisi-Vükəla [Baş Nazir] Fətəli xan Xoyski həzrətlərinə bir məktub yazıb 'Znamya truda' qəzetəsində dərc edilmiş məlumatı qəti surətdə təkzib edir." (N 79, 5 yanvar) "Andraniklərin top və tüfəng hücumlarının arası yenicə kəsilmişdi ki, bu gün özümüzü başqa növ hücumlara məruz qalmış görürük. Bu yeni hücumlar iftira və böhtan hücumlarıdır ki, daşnakların "Vperyod" qəzetəsinin dünənki nömrəsi başdan-ayağa qədər bu iftira və böhtanlarla doludur." (N 95, 23 yanvar) Ermǝnilǝrin Azǝrbaycan xalqını vǝ onun milli dövlǝtini qaralamaq üçün göstǝrdiyi canfǝşanlıq vǝ bu "qara" fǝaliyyǝtin mǝnfi nǝticǝlǝri o dövrdǝ dǝ hǝr addımda qarşımıza çıxır. Amma hǝmişǝ ǝminamanlıqdan vǝ dinc yanaşı yaşamaqdan yana olan, mǝcbur qalmadıqca silaha ǝl atmayan Azǝrbaycan xalqının sǝbri vǝ sülhsevǝrliyi ermǝni propaqandasını puç edir. Azǝrbaycan Parlamentinin 30 dekabr 1918- ci il tarixli iclasında dövrün iki böyük ictimai-siyasi xadiminin çıxışında bu mǝsǝlǝyǝ toxunulur. Bakıya gǝlǝcǝk Britaniya ordusunun komandanlığı ilǝ hǝlǝ Ənzǝlidǝ görüşǝn vǝ ingilislǝrin mövqeyindǝn xǝbǝrdar olan Əhmǝd bǝy Ağaoğlu Parlament kürsüsündǝn belǝ deyir: "Müttǝfiqlǝr nümayǝndǝlǝri hǝlǝ Ənzǝliyǝ gǝlǝrkǝn bizim barǝmizdǝki böhtan vǝ iftiralarla zǝhǝrlǝnmişdi. Amma yanımıza gǝlǝrkǝn... sülh vǝ müsalimǝt [ǝmin-amanlıq] tǝrǝfdarı kimlǝr olduğunu anladılar, bizi tanıdılar." Eyni iclasda Mǝhǝmmǝd Əmin Rǝsulzadǝ dǝ özündǝn ǝvvǝlki natiqin - Ağaoğlunun sözlǝrini tǝsdiq edir: "İngilis vǝ sair Müttǝfiq nümayǝndǝlǝri Ənzǝlidǝ olduqları zaman bizimlǝ dost olmayan mǝnbǝlǝrdǝn başqa mǝlumat vǝ fikirlǝr üzǝrinǝ bǝyannamǝ nǝşr etdilǝr... Fǝqǝt sonradan hǝqiqǝti-hala bǝlǝd olmaq nǝticǝsindǝ çıxardığı vǝ nǝşr etdiyi ikinci bǝyannamǝsi birincini rǝdd etdi... Bu bǝyannamǝ, azǝrbaycanlıların sülh vǝ müsalimǝt tǝrǝfdarı olduqları yaxından öyrǝnilmiş vǝ tǝcrübǝ nǝticǝsindǝ atılmış bir qǝdǝm idi... Xaricdǝn gǝlǝn bir qüvvǝyǝ istinadla Azǝrbaycanı dağıtmaq istǝyǝnlǝr... xarici qüvvǝlǝrdǝn müzahirǝt [kömǝk] almaq xǝyalı ilǝ Azǝrbaycanı yıxmaq istǝyǝnlǝr artıq görǝcǝklǝr ki, o xǝyal puçdur." (N 76, 1 yanvar) Ağaoğlu vǝ Rǝsulzadǝnin çıxışlarında ad çǝkilmǝsǝ dǝ, Azǝrbaycan ǝleyhindǝ propaqanda aparanların, Azǝrbaycan dövlǝtinin Azǝrbaycan türklǝrinin öz tarixi torpaqlarında tamamilǝ haqlı olaraq elan etdiklǝri müstǝqilliklǝrinin deyil, Osmanlı ordusunun imperialist iddialarının nǝticǝsindǝ "oyuncaq dövlǝt" kimi qurulduğunu söylǝyǝnlǝrin ermǝnilǝr olduğu hamıya mǝlumdur. Qafqaza gǝlǝn Müttǝfiqlǝr - başda ingilislǝr olmaqla - ermǝnilǝri sivil bir xalq vǝ cǝmiyyǝt sanmaqla çox böyük bir xǝtaya yol vermişdir: "Onlar öylǝ güman etdilǝr ki, Ermǝnistan Cümhuriyyǝti denilǝn mǝhǝl [yer] yǝqin Azǝrbaycan vǝ Gürcüstan cümhuriyyǝtlǝri kimi bir mǝmlǝkǝt olub, orada 'demokratik' ǝsası ilǝ bir qayda vǝ nizam vardır... Lakin, heyhat! Onlar bunu bilmədilər ki, Ermənistan denilən məhəl, insan və islam qanına yerikləyən yırtıcılar əlinə keçmişdir ki, qarşılarında qüvvə gördükdə tülkü kimi nəvaziş göstərirlər. Lakin bir qədər özlərini güclü hiss etdikdə, binəva islam əhalisinin qanını su yerinə içirlər. Çox təəssüflər olsun, bunu onlar düşünmədilər." (N 80, 6 yanvar) Azǝrbaycan torpağının ǝn gözǝl guşǝlǝrindǝn biri olan Qarabağı qana boyayan daşnak vǝhşiliyi barǝdǝ xǝbǝrlǝr "Azǝrbaycan" qǝzetinin demǝk olar ki, hǝr nömrǝsindǝ özünǝ yer tapır. Qǝza rǝislǝrinin raportlarında, Qarabağın müxtǝlif yerlǝrindǝn yazılan mǝktublarda, imdad dilǝyǝrǝk Bakıya qǝdǝr gǝlib çıxan xalq nümayǝndǝlǝrinin qǝzetǝ verdiklǝri müsahibǝlǝrdǝ ermǝni qaniçǝnliyinin tükürpǝdici miqyası aydın olur. Nǝhayǝt, Azǝrbaycan Parlamenti Qarabağdakı vǝziyyǝt barǝdǝ mǝlumat toplamaq mǝqsǝdi ilǝ oraya rǝsmi heyǝt göndǝrir: "Parlaman tǝrǝfindǝn Qarabağa göndǝrilmiş olan heyǝt, başda Xosrov bǝy Sultanov olmaq üzrǝ Bakıya övdǝt eylǝdi [qayıtdı]. Mümaileyh [adı çǝkilǝn şǝxs] Andranikin Qarabağda etdiyi mǝzalimǝsi [zülmlǝri] barǝsindǝ qayǝt dǝyǝrli sǝnǝdlǝr gǝtirmişdir ki, bu günlǝrdǝ qǝzetǝlǝrdǝ çap edilǝcǝkdir." (N 86, 13 yanvar) "Qarabağdan tǝzǝcǝ gǝlmiş Parlaman üzvü Mǝlik-Yeqanov Qarabağ ǝhvalı haqqında vǝ Andranik hǝrǝkatı barǝsindǝ müxtǝsǝr mǝlumat vermişdir. Mǝlik-Yeqanov demişdir ki, hal-hazırda Qarabağda olan 46 mindǝn ziyadǝ müsǝlman qaçqınları Bakıya gǝlmǝkdǝdirlǝr. Onlara burada yer vǝ iş vermǝk lazım gǝlǝcǝkdir." (N 88, 15 yanvar) Yenǝ qǝdim Azǝrbaycan yurdlarından Zǝngǝzur da ermǝni daşnaklarının vǝhşiliyinǝ sǝhnǝ olmaqdadır. Zǝngǝzurda dağıdılan, yandırılan, yer üzündǝn silinǝn Azǝrbaycan kǝndlǝrinin sayı yüzlǝrlǝdir: "Zǝngǝzurdan gǝlǝn mürǝxxǝslǝrin... sözlǝrindǝn anlaşıldığı üzrǝ, Zǝngǝzurda ermǝnilǝr tǝrǝfindǝn dağıdılan vǝ xarab edilǝn kǝndlǝrin ǝdǝdi 119 parǝdir ki, bunların 40 mindǝn artıq olan ǝhalisi qırıldıqdan sonra, yerdǝ qalanları yer vǝ yurdlarından qaçıb Qarabağın sair yerlǝrinǝ sǝpǝlǝnibdirlǝr. Bu qaçqınların halı o dǝrǝcǝdǝ fǝlakǝtlidir ki, yazılmaqla qurtarmaz." (N 87, 14 yanvar) "Zǝngǝzur ǝhaliyi-islamiyyǝsinin [müsǝlmanlarının] fǝryadı... yüz para köylǝrimiz qarǝt vǝ yǝğmaya mübtǝla olub da, aralıqda minlǝrcǝ ǝhalimiz kǝsilib, qanlar seylabi-bǝla [bǝla seli] kimi torpaqlarımızı qızartdı... Namus vǝ şǝrǝfi-milliyyǝmiz ayaqlar altına alınıb ǝzildi... Əcǝba nǝ vaxta kimi bu mǝntǝqǝdǝ islam vǝ türk qardaşlarımızın ǝzilib, mǝhv olub getmǝsinǝ millǝt qardaşlarımız kǝnardan biganǝlǝr kimi tamaşaçı olacaqdır? Nǝ vaxta kimi ermǝnilǝrin zavallı millǝtimizǝ qarşı olan ǝşqiyalığı [quldurluğu] davam edǝcǝkdir?" (N 80, 6 yanvar) Bu quldurluğa son vermǝk mǝqsǝdi ilǝ Azǝrbaycan hökumǝti qǝtiyyǝtli addımlar atır: "Vükǝla Şurasında [Nazirlǝr Kabinetindǝ] 15 yanvar 1919-cu sǝnǝ Daxiliyyǝ naziri hǝzrǝtlǝrinin Qarabağ haqqındakı mǝruzǝsini istima etdikdǝn [dinlǝdikdǝn] sonra qǝt edilmişdir [qǝrara alınmışdır]: Daxiliyyǝ naziri hǝzrǝtlǝri tǝrǝfindǝn pişnihad [tǝqdim] edilmiş mǝruzǝ qǝbul edilsin. Cavanşir, Şuşa, Cǝbrayıl vǝ Zǝnzǝgur qǝzalarında müvǝqqǝti olaraq bir generalqubernatorluq tǝşkil edilmǝlidir. Tǝyin edilǝcǝk general-qubernatorun ixtiyaratı Daxiliyyǝ Nǝzarǝti mǝruzǝsindǝ göstǝrildiyi qǝdǝr olacaqdır." (N 91, 19 yanvar) Azǝrbaycan hökumǝtinin öz sǝrhǝdlǝrindǝ yeni bir general-qubernatorluq tǝşkil etmǝsi, onsuz da tarixi Azǝrbaycan torpaqları üzǝrindǝ qurulan Ermǝnistan hökumǝtinin hay-küyünǝ sǝbǝb olur. Ermǝnistanın Xarici İşlǝr naziri Tiqranyan Azǝrbaycanın bu addımını "Ermǝnistanın ǝrazi hüququna tǝcavüz" kimi qiymǝtlǝndirir. (N 100, 29 yanvar) Azǝrbaycan ictimaiyyǝti isǝ hökumǝtin bu addımından razı qalmış, Qarabağda, Zǝngǝzurda yaşanan fǝlakǝtlǝrǝ son qoyulacağına inanmışdır. Üzeyir Hacıbǝyli, yeni general-qubernator tǝyin edilǝn Xosrov bǝy Sultanovun Qarabağın "fövqǝladǝ halǝtini" yoluna qoymaq üçün çalışacağını yazır: "...Aclıq, azar, yolsuzluq, ǝmniyyǝtsizlik, şuriş [qarışıqlıq], narazılıq vǝ sair bu kimi hadisǝlǝrdǝn ǝmǝlǝ gǝlǝn bu fövqǝladǝ halǝt, Andranik avantürasının nǝticǝsindǝn nǝşǝt edǝn [ǝmǝlǝ gǝlǝn] bir vǝq'ǝdir. Binaǝnileyh [ona görǝ], hökumǝtimizin Qarabağda general-qubernatorluq tǝşkil etmǝk tǝdbirinǝ dǝxi Andranik hǝrǝkǝti sǝbǝb olmuşdur... Öz torpağımızı vǝ öz ǝhalimizi bu quldurun ǝlindǝn xilas etmǝyǝ çalışdıq vǝ bilaxirǝ [axırda] bu işdǝ müvǝffǝqiyyǝt hasil etdik. Bǝdǝhu [ondan sonra] andraniklǝr tǝrǝfindǝn vurulmuş zǝrbǝlǝrin yaralarını sağaltmaq üçün o zǝrbǝlǝrǝ uğramış olan yerlǝrimizi öz mǝslǝhǝtimizǝ görǝ xüsusi bir idarǝ altına alıb, general-qubernatorluq tǝşkil etmǝk istǝdik... Öz yerimizdǝ, öz torpağımızda nǝ sayaq 'administrativ' şǝkillǝr yapacağımız bizim öz işimizdir. Ermǝni hökumǝtinin vǝ ya Ermǝni Milli Komitǝsinin bu cürǝ işlǝrimizǝ qatışmağa heç bir haqları olmadığını özlǝri bilmǝyirlǝrsǝ, o halda siyasiyyatın ibtidai qaydalarından bixǝbǝr vǝ cahildirlǝr, özgǝlǝrdǝn öyrǝnsinlǝr." (N 101, 30 yanvar) Ermǝnilǝrin hay-küyü, Müttǝfiq dövlǝtlǝtlǝrin Zǝngǝzuru Azǝrbaycan torpağı kimi tanımasından sonra daha da artacaq. İngilis komandanlığı Cǝbrayıl, Zǝngǝzur, Şuşa vǝ Cavanşir qǝzalarını ǝhatǝ edǝn yeni general-qubernatorluğu tanıyır, bu ǝrazilǝrdǝ yaşayan bütün ǝhalini general-qubernator Xosrov bǝy Sultanova itaǝt etmǝyǝ çağırır vǝ asayiş yaratmaqda Xosrov bǝyǝ kömǝk edǝcǝyini deyir. Ermǝnistan hökumǝti isǝ bölgǝnin ermǝni vǝtǝndaşlarının asayişini özünün kirli oyunlarına vǝ boyunu aşan iddialarına qurban vermǝyi üstün tutur, ermǝnilǝri silahlı üsyana sǝslǝyir, onları dǝstǝklǝyǝcǝyinǝ işarǝ vurur. Qarabağdan qovulan Andranik, özünün canicǝ fǝaliyyǝtini İrǝvan quberniyasında davam etdirir: "Bir tərəfdən də Qarabağı, Zəngəzuru öz xunxar [qaniçǝnliyi] və quldurluğu ilə xaraba hala salan Andranik və həmpaları [yoldaşları] indi də İrəvan quberniyasına getmişlər də, Erməni Cümhuriyyəti ilə yan-yana verib bura müsəlmanlarını aralığa almışlardır." (N 83, 9 yanvar) Ermǝnilǝrin, onlara öz dǝdǝ-baba yurdlarında yer verǝn Azǝrbaycan türklǝrinǝ qarşı xain planı işǝ düşür: "...Qonşularımızın daşnakçıları nǝinki özlǝrini bizǝ ağa tanıtmaq, bǝlkǝ tǝşkil etdiklǝri müstǝqil Ermǝnistan hüdudu daxilindǝ proyektlǝri mövcibincǝ [planlarına ǝsasǝn] bir nǝfǝr olsun da ata-baba yurduna malik islam buraxmamağa ǝzm etdilǝr. Fitnǝlǝr törǝdib, böhtanlar atıb, terrorizmǝ girişib, qarqaşalıq [qarışıqlıq] saldıqdan sonra mǝqsǝdlǝrinǝ xainanǝ nail oldular." (N 79, 5 yanvar) "Mǝhv olan millǝt kütlǝsinin nalǝsi - Qarabağ vǝ İrǝvan müsǝlmanlarının ǝhvali-fǝcianǝsi" adlı yazıda Ordubaddan gǝlǝn bir mǝktuba yer verilir. Mǝktubda deyilir: "...Şǝqi [quldur] ermǝnilǝr İrǝvan tǝrǝfindǝn başlayıb müsǝlman köylǝrini dağıdıb vǝ qarǝt edirlǝr. Bir tǝrǝfdǝn Qarabağ ermǝnilǝri Qarabağ köylǝrini dağıdıblar vǝ dağıtmağa mǝşğuldurlar." (N 80, 6 yanvar) İrǝvan quberniyasının azǝrbaycanlı ǝhalisinin acınacaqlı vǝziyyǝtinǝ dair xǝbǝrlǝrin ardı-arası kǝsilmir: "...Ermǝni zimamdarları [cilov tutanları, idarǝçilǝri]... müsǝllǝh vǝ müntǝzǝm ermǝni qoşunları ilǝ 1918 sǝnǝsi fevral, mart, aprel ayları ǝrzindǝ Novo-Bayǝzid, İrǝvan, Sürmǝli, Eçmiyǝdzin vǝ Aleksandropol mahallarında müsǝlman kǝndçi vǝ ǝkinçilǝri ilǝ mǝskun 230 para kǝndi dağıdıb, yandırıb, talayıb vǝ camaatları ilǝ belǝ mǝhv etmişlǝrdir. Bu 230 kǝndin fǝqir ǝhalisini, demokratiyanın bünövrǝsini tǝşkil edǝn minlǝrcǝ kǝndçilǝri vǝ ǝkinçilǝri rǝhmsizcǝ vǝ insanlıqdan kǝnar bir surǝtdǝ qırıb vǝ bir çoxlarını arvadlı, uşaqlı, qocalı evlǝrǝ qapayıb, diri ikǝn yandırmışlardır." (N 81, 7 yanvar) "Bu axırıncı bir ilin içindǝ İrǝvanın bütün quberniyasında ermǝni zülümkarlığı ilǝ 300-dǝn artıq müsǝlman kǝndlǝrinin yandırılıb dağıdılması, evlǝrinin, ǝkinlǝrinin, mal-qaralarının talanması, camaatlarının qırılması, hǝtta diri ikǝn yandırılmaları vǝ qalanlarının sǝhralara, dağlara qaçması, qaçanların da çoxlarının aclıqdan, xǝstǝlikdǝn tǝlǝf olması şuxluq [zarafat] deyil. Bunlar insanlardır, insan övladlarıdır." (N 83, 9 yanvar) Halbuki Azǝrbaycan xalqı bu vǝhşiliklǝr qarşısında heç vaxt insanlığını itirmǝmiş, dinc ǝhaliyǝ qarşı qǝddarlıq nümayiş etdirmǝmişdir. Bakı ermǝni yeparxiyasının başçısı Baqratın "Azǝrbaycan" qǝzetinǝ göndǝrdiyi, bir yandan 1918-ci ildǝ Qubada ermǝni daşnaklarının törǝtdiklǝri cinayǝtlǝrǝ qarşı qeyrǝtli vǝtǝn oğulları ilǝ birgǝ mübarizǝ apararkǝn, digǝr yandan dinc ermǝni ǝhalisinin qorunmasını da tǝşkil edǝn Hǝmdulla Əfǝndiyevǝ ünvanlanan tǝşǝkkür mǝktubu da elǝ bunu deyir: "Möhtǝrǝm Hǝmdulla ǝfǝndi! Quba mahalında vaqe Gilvar adlı ermǝni kǝndinin ǝhalisi vǝ o kǝndin keşişi mǝnǝ mǝktubǝn bǝyan edirlǝr ki, siz öz bǝradǝriniz vǝ ǝqvamınız [qardaşınız vǝ qohumlarınız] ilǝ Gilvar ermǝnilǝrini hǝr dürlü tǝsadüfi bǝlalardan xilas edib, daima onlara xeyirxah olmusunuz. Neçǝ gün bundan ǝvvǝl... Gilvardan mǝnim yanıma bir heyǝt gǝlib... insaniyyǝtpǝrvǝr xidǝmatınızı tǝsdiq etdilǝr." (N 89, 16 yanvar) Ermǝnilǝr Qafqazda sadǝcǝ Azǝrbaycan türklǝri ilǝ yox, bütün qonşuları ilǝ dava edirlǝr. Qafqaza sonradan gǝlmǝ bu ünsür, ǝtrafındakı hǝr kǝsǝ xainlik edir. "Azǝrbaycan" qǝzeti 1918-ci ilin dekabr ayında cǝrǝyan edǝn Ermǝni-gürcü müharibǝsini öz sǝhifǝlǝrindǝ geniş işıqlandırmışdır. Müharibǝnin gedişinǝ dair xǝbǝrlǝri qǝzetdǝn oxumaq mümkündür, burada ermǝni xislǝtini açıqca meydana qoyan bir-iki qısa xǝbǝrǝ diqqǝt çǝkmǝk istǝyirik. Bir yandan gürcülǝrlǝ müharibǝ edǝn ermǝnilǝr, digǝr yandan Tiflisdǝki Ermǝni Milli Şurasında yığışır, Gürcüstanla müharibǝyǝ ǝsgǝr vǝ silah yığırlar. Tǝbii olaraq Gürcüstan hökumǝti Ermǝni Milli Şurasına basqın edir vǝ bu halın qarşısını alır. Ancaq ermǝnilǝr yenǝ Tiflisdǝ - bu dǝfǝ Rus Milli Şurasında - yığışmağa davam edirlǝr: "Hökumǝt binagüzarlığı [sǝrǝncamı] ilǝ Tiflisdǝ olan Rus Milli Şurası binasında axtarış olmuşdur. Axtarış ǝsnasında Milli Şura binasında müşavirǝyǝ cǝm olan 200 nǝfǝr ermǝni hǝbs edilmişdir." (N 76, 1 yanvar) Yenǝ Tiflisdǝn bir başqa xǝbǝr: "Gürcü Parlamanı üzvü A. Axmetelaşvilinin oğlu dǝmiryol kǝnarında ermǝni seminariyası yanından keçdikdǝ dörd nǝfǝr hammalın bir tabut aparmasını görmüşdür... Tabutdan gǝlǝn şübhǝli sǝs uşağın diqqǝtini cǝlb etmişdir... Uşaq cǝbbǝxanaya tǝrǝf qaçıb saldatlara xǝbǝr eylǝmişdir. Saldatlar hammalları tabutla bir yerdǝ tutmuşlar. Tabut içrǝ meyit ǝvǝzinǝ pulemyot vǝ patron var imiş." (N 84, 10 yanvar) Nǝ qǝdǝr dǝ tanış mǝnzǝrǝlǝrdir, elǝ deyilmi? Ceyhun Hacıbǝylinin Gürcüstan tǝǝssüratlarını qǝlǝmǝ aldığı yazısından aşağıdakı cümlǝlǝr hǝqiqǝti bütün çılpaqlığı ilǝ ǝks etdirir: "Əvǝt, bu gün gürcü millǝtçilǝri böylǝ söylǝyirlǝr: Biz indiyǝ kimi böylǝ güman edirdik ki, Zaqafqaziyada üç qisim millǝt yaşayır. Lakin şimdi artıq düşündük ki, bunlar üç deyilmiş, yalnız iki imiş: şǝrqdǝ azǝri türklǝri, qǝrbdǝ gürcülǝr. Mavǝrayi-Qafqaz [Zaqafqaziya] yalnız bu iki millǝti tǝşkil edir." (N 98, 27 yanvar) Əslindǝ ermǝnilǝrin Qafqazda sülh vǝ asayişi pozduqları, bu coğrafiyanın başına gǝlǝn fǝlakǝtlǝrin sǝbǝbkarı olduqları qǝnaǝti yeni deyil: "...Ermǝni-gürcü müharibǝsinin sǝbǝbi Qafqaz mǝmlǝkǝtinǝ qarışıqlıq salıb, rusların Qafqazı yenidǝn istilasına bais olmaq mǝramıdır." (N 100, 29 yanvar) Ceyhun bǝy Hacıbǝyli, gürcülǝrin dǝ eyni qǝnaǝti vǝ eyni hisslǝri paylaşdığına şahidlik edir: "Rusiyadan ayrılmış Qafqaz məmləkətlərinin istiqlaliyyətə nail olmaq ümidlərini puç etmək fikri ilə bunlar arasında qanlı müharibə salan erməni 'daşnak' məhafilinə [dairələrinə] qarşı filhəqiqə [hǝqiqǝtǝn dǝ] gürcülǝr miyanında [arasında] qayət şiddətli bir nifrət vardır ki, həmin nifrət nəinki yalnız millətçilər, hətta gürcü sosialistləri tərəfindən dəxi ibraz olunur [nümayiş etdirilir]. Demək olar ki, 'daşnaklar' əleyhinə mövcud olan nifrət, bütün erməni millətinə qarşı nifrətamiz bir hissiyyata müncər olmuşdur [çevrilmişdir] və bu nifrət 'daşnakların' hökumət başında durmağı davam etdiklərinədək yaşayacaqdır." (N 98, 27 yanvar) IV cildin diqqǝti cǝlb edǝn materiallarından biri "Türküstan heyǝti-mürǝxxǝsǝsi ilǝ müsahibǝ" adlı yazıdır. Tarixi adı "Türküstan" olan, bugünkü adıyla "Orta Asiya" kimi tanıdığımız coğrafiyada yaşayan qardaş xalqların nümayǝndǝ heyǝti İstanbuldan öz yurdlarına qayıdarkǝn bir müddǝt Azǝrbaycanda dayanmış vǝ "Azǝrbaycan" qǝzetinǝ müsahibǝ vermişdir. Qeyd etmǝk lazımdır ki, bu nümayǝndǝ heyǝti Türküstanda müstǝqil dövlǝt tǝşǝkkülü ǝmǝlǝ gǝtirmǝyǝ çalışan şǝxslǝrdǝn, yǝni Türküstanın ǝn qabaqcıl ziyalılarından ibarǝt olmuşdur. Onların Türkiyǝ haqqında fikirlǝri dǝ hadisǝlǝri doğru tǝhlil edǝ bilǝn, beynǝlxalq vǝziyyǝtdǝn xǝbǝrdar, aydın düşüncǝli adamlar olduğunu göstǝrir. Bu heyǝtin qardaş Azǝrbaycan xalqının uğurlarına sǝmimi qǝlbdǝn sevindiyinǝ vǝ Türküstanın gǝlǝcǝyini Azǝrbaycanla birgǝ hǝrǝkǝt etmǝkdǝ gördüyünǝ şahid oluruq: "Biz buradan Azǝrbaycan Hökumǝtinin gündǝn-günǝ Müttǝfiqlǝr yanında kǝsbi-hörmǝt etmǝsi [hörmǝt qazanması] Azǝrbaycan istiqlaliyyǝtinin möhkǝmlǝşmǝsinǝ böyük bir dǝlil olduğunu görmǝklǝ qǝlbǝn şad oluruz. Bizi mǝsrur edǝn [sevindirǝn] yenǝ bir şey varsa, o da Azǝrbaycanın hökumǝt tǝşǝkkülü üçün oxumuş adamlarının be-qǝdriimkan [imkan daxilindǝ] var olduğudur. Bizdǝ isǝ bu yoxdur... Bu isǝ Türküstan üçün ǝn qorxulu halǝtdir. Çünki burada çalışan var, Türküstanda isǝ biz gedib kimlǝrlǝ işlǝyǝ bilǝcǝyik?.. Əhali Rusiyadan büsbütün üz çevirmişdir... Onun üçün biz hǝr bir idarǝ altına girmǝyǝ hazır olmaqla bǝrabǝr, Rusiyanın tǝhtiidarǝsinǝ [idarǝsi altına] keçmǝmizdǝn çox narazıyıq. Türküstan üçün ǝn sağlam, atimiz [gǝlǝcǝyimiz] üçün ǝn mǝntiqli yol varsa, o da Azǝrbaycan ilǝ Türküstanın birlǝşmǝsidir. Əhalinin dǝ buna artıq rǝğbǝti vardır." Türküstan nümayǝndǝlǝri, Avropaya - Paris Konfransına yola düşǝn Azǝrbaycan nümayǝndǝ heyǝtinin, onları da yaddan çıxarmamasını xahiş edir: "Bu gün hazırda vǝ yeni paydar [bǝrqǝrar] olmuş hökumǝtlǝrin, dövlǝtlǝrin hǝpsinin gözü fǝqǝt [yalnız] buradadır, fǝqǝt [yalnız] buradan imdad istǝyǝcǝklǝr. Sizin öhdǝnizǝ qardaşlıq haqqı olaraq, digǝr dövlǝtlǝr üçün dǝ çalışmaq vǝzifǝsi düşǝcǝyi tǝbiidir... Güman edirǝm ki, qardaşlıq xatirǝsinǝ, türklük şǝrǝfinǝ Azǝrbaycan kǝndisi üçün çalışarkǝn, Avropa vǝ yaxud başqa yerdǝ bizim Türküstanı da unutmaz." (N 80, 6 yanvar) Onu da qeyd etmǝk yerinǝ düşǝr ki, Azǝrbaycanla Orta Asiyanın türk xalqları vǝ yurdları arasındakı qardaşlıq ǝlaqǝlǝrinǝ dair materiallar gǝlǝn cildlǝrdǝ dǝ öz ǝksini tapacaq. Mǝsǝlǝn qǝzetin 11 fevral tarixli 111-ci nömrǝsindǝ, Aşqabadda nǝşr olunan "Dan yıldızı" qǝzetinin müstǝqil Azǝrbaycana böyük bir tǝbrik mǝqalǝsi vǝ şeir hǝsr etdiyini oxuyacağıq. "Azǝrbaycan" qǝzeti mǝdǝniyyǝt vǝ incǝsǝnǝt materialları ilǝ dǝ zǝngindir. Qǝzetdǝ teatr tamaşaları haqqında xǝbǝrlǝr vǝ tǝnqidi yazılar mütǝmadi olaraq yer alır. Cǝfǝr Cabbarlının "Ölkǝm" adlı mǝşhur şeiri ilk dǝfǝ "Azǝrbaycan"ın sǝhifǝlǝrindǝ "Gözǝl ölkǝm" adı ilǝ çap edilmişdir. (N 92, 20 yanvar) Başqa bir nömrǝdǝ isǝ bir qrup Azǝrbaycan ziyalısının Maarif Nazirliyinǝ müraciǝt edǝrǝk ǝdǝbi vǝ ictimai-siyasi bir mǝcmuǝ çap etdirmǝk istǝdiklǝri xǝbǝr verilir. Ziyalıların müraciǝtini "tǝqdir edilǝcǝk bir tǝşǝbbüs" kimi qiymǝtlǝndirilǝn bu yazı güman ki, 1919-cu ilin mart ayında Bakıda nǝşrǝ başlayan "Övraqi-nǝfisǝ" adlı ǝdǝbiyyat, mǝdǝniyyǝt vǝ incǝsǝnǝt jurnalı haqqında mǝtbuatdakı ilk xǝbǝrdir. Tǝhsil mövzusu da "Azǝrbaycan" qǝzetinin daim diqqǝt mǝrkǝzindǝ saxladığı mövzulardandır. Maarif sahǝsindǝ hǝr hadisǝ qǝzetdǝ işıqlandırılır, mǝktǝbsiz kǝndlǝr, yenilǝnmǝyǝ ehtiyacı olan dǝrsliklǝr, günün tǝlǝblǝrinǝ cavab vermǝkdǝ çǝtinlik çǝkǝn müǝllimlǝr vǝ digǝr problemlǝr gündǝmǝ gǝtirilir, onlara çarǝ axtarılır. Problemlǝrlǝ yanaşı, tǝhsildǝ ürǝkaçan mǝnzǝrǝlǝrlǝ dǝ qarşılaşır, xalqın tǝlim-tǝrbiyǝyǝ verdiyi böyük ǝhǝmiyyǝtin şahidi oluruq. Qǝzetin 14 yanvar 1919-cu il tarixli nömrǝsindǝ oxuyuruq: "Bələdiyyə tərəfindən açılmış Üçüncü Ali ünas [qızlar] məktəbində təlim üçün gələn müsəlman qızları bu il sabiq illərdən çox artıq qələbəlik edirlər. Təlim ilinin yarısı keçmişsə də, müsəlmanlar genə öz qızlarını, çox vaxt təlim yaşına çatmamış övladlarını da məktəb rəisəsinin hüzuruna gətirib, min cür xahişlərlə qızlarını məktəbə almağı tələb edirlər. İş bir dərəcəyə çatmış ki, məktəbin ibtiadi sinfi üç müsavi [bǝrabǝr, eyni dǝrǝcǝli] şöbə açmağa məcbur olmuşdur. Axırıncı 'T' şöbəsində bu gün 50-dən ziyadə mütəəllimə [qız şagird] yığılmışdır... Bir tərəfdən müsəlman valideynlərin elm və tərbiyəyə birdən-birə artıq həvəs və şövq göstərmələri, digər tərəfdən də çocuqların tərbiyəyə və elmə əşəddi-ehtiyaclarını [şiddǝtli ehtiyaclarını] qəlbən təqdir etməklə, rəisə xanım [mǝktǝb müdirǝsi] bunları geri qaytarammır." "Azǝrbaycan" qǝzetinin maraqlı, vacib materialları ǝlbǝttǝ ki, burada toxunulanlardan qat-qat artıqdır. Onu da qeyd etmǝk lazımdır ki, "Azǝrbaycan" külliyyatının hǝr növbǝti cildi maraqlı materiallarla daha zǝngin, daha dolğun vǝ daha mǝzmunlu olur. Qǝzetin müǝllif heyǝti davamlı olaraq yeni imzalarla zǝnginlǝşir vǝ bu hal, öz müsbǝt tǝsirini açıq bir şǝkildǝ hiss etdirir. "Azǝrbaycan"ın daha da zǝnginlǝşǝn cildlǝrini vǝrǝqlǝdikcǝ, ADA Universitetinin Azǝrbaycan xalqına, dövlǝtçiliyimizǝ, xalqımızın tarixinǝ, mǝdǝniyyǝtinǝ, elǝcǝ dǝ gǝlǝcǝyinǝ nǝ qǝdǝr böyük bir xidmǝt etdiyi daha yaxşı dǝrk olunur.