Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan teleməkanında yeni layihə

Azərbaycan teleməkanında yeni layihə

Tarix: 7 Oktyabr 2022 13:45

ATV kanalında yeni kino verilişi efirə çıxır.

"Kinomuz" adlanan proqramda həm klassik, həm də yeni filmlərimizdən bəhs olunacaq.

Veriliş araşdırma, analiz materialları və çəkiliş meydançalarından reportajlar üzərində qurulub.

"Kinomuz"da Azərbaycan kinomotoqrafiyasında iz qoyan şəxslər barədə məlumatlar, klassik filmlər haqqında tamaşaçılardan gizlədilən həqiqətlər, yeni filmlərimizin qüsur və müsbət tərəflərini önə çıxaran rubrikalar təqdim olunacaq.

Verilişin oktyabrın 7-də saat 23:00-da efirə gedəcək ilk sayında Azərbaycan kinosunda silinməz izlər qoyan kinorejissor Rasim Ocaqovun "Təhminə" filmimdən bəhs edilir. Yeni filmlərimizdən isə "5 betər" hədəf götürülüb. Veriliş çərçivəsində tamaşaçılara yeni - "İntizar" serialının çəkiliş meydançasından reportaj da təqdim ediləcək.

Bu və başqa rubrikaların yer aldığı "Kinomuz" verilişi hər həftənin cümə günü saat 23:00-da efirdə olacaq.

"Kinomuz"a baxın!


Etiketlər:  Azərbaycan teleməkanında yeni layihə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ