Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada müharibə nə zaman bitəcək?

Ukraynada müharibə nə zaman bitəcək?

Tarix: 8 Oktyabr 2022 08:24

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları zamanı əldə etdiyi uğurlar Qərbdə Ukraynadakı müharibənin Milad bayramına qədər bitəcəyinə ümid yaradıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, Böyük Britaniya hökumət rəsmilərindən biri hesab edir ki, Ukrayna qoşunlarının döyüş meydanında irəliləyişi davam edərsə, ilin sonuna qədər Rusiya qoşunları Donbasdan Rusiya ərazisinə çıxarılacaq.

Bununla belə, jurnalistlər qeyd ediblər ki, sürətli uğurlar, yəqin ki, böyük itkilərlə ödənilməli olacaq. Məhz buna görə də Ukraynada onlar daha ləng, eyni zamanda şəxsi heyətin həyatını xilas etməyə imkan verən daha taktiki yanaşmaya üstünlük verirlər.

"The Times" izah edib ki, Qərb siyasətçilərinin müvafiq rəyi kəşfiyyat məlumatlarına deyil, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları zamanı əldə etdiyi nailiyyətlərə əsaslanır.


Etiketlər:  Ukraynada müharibə zaman bitəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ