Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünü soğanla müalicə etdi: Həkimlər mat qaldı

Özünü soğanla müalicə etdi: Həkimlər mat qaldı

Tarix: 8 Oktyabr 2022 20:33

Rusiyalı qadının öz üsulları ilə özünü müalicə etməsi və bundan çox güclü effekt görməsi tibb sahəsinin də marağına səbəb olub.

Hər gün soğan qabıqlarını çay kimi dəmləyib içən qadının bəzi simptomları aradan qalxıb: ayaqlarındakı qıcolmalar gedib, gündəlik baş ağrıları itib, təzyiqi düşüb, ayaqlardakı göyərmiş damarlar düzəlib. Zəifləmiş görmə qabiliyyəti bərpa olunub.

Qadın soğan qabığı haqqında çox araşdırıb, nəhayət qabıqları çay kimi dəmləyib hər gün qəbul edib. O, əvvəlcə yazılanlara inanmayıb, lakin 3 aydan sonra özündə yaxşılaşma və ağrılı simptomların itdiyini müşahidə edib.

Qadının 3 illik təcrübəsini təqdim edirik:

Soğanı soyub qabıqlarını atmayın, ondan dəmləmələr edin. Soğan qabıqlarını ayrıca çaydana töküb, üzərinə su alıb, 5-10 dəqiqə qaynadın. Sonra soyudub, ya səhər, ya da axşam için.

Soğan qabığında olan maddələr ürək damarlarını açır, immuniteti qaldırır, sidikqovucudur, ödqovucudur, spazmaları aradan qaldırır, hətta xərçəng əleyhinə güclü təsiri var.

Vena, arteriya, kapilyarların keçiriciliyini artırır, göz dibini müalicə edir, qandan xolesterini qovur, orqanizmə cavanlaşdırıcı təsir göstərir.

Təzyiqi, ürək problemləri, qan-damar pozulmaları olanlar üçün ən möcüzəvi çaydır.


Etiketlər:  Özünü soğanla müalicə etdi Həkimlər qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ