Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 13:52
İl olub 2022 hələ də bəzi kəndlərimiz içməli suya həsrətdir. Təsəvvür edirsiz 21 əsrdə Lənkəranın Boladi kənd sakinləri bir-iki il yox ,az qala yarım əsrdir içməyə su tapmırlar. Ayda bir-iki dəfə gələn su maşınlarından pulla aldıqları su da nə yetir ,nə də uzun müddət saxlamaq olur
Su ilə dolu qazanlar,bidonlar hətta müxtəlif əşyalar. Uzun müddətdir bu kəndin sakinləri su üzünə həsrət qalıblar..
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Lənkəran rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Boladı kəndindən gedir. Sakinlərin sözlərinə görə illərdir ki, kənddə içməli su yoxdur. İçməli suyu pulnan alan sakinlərin problemi bununlada bitmir. Qablarda qalan suda bir müddətdən sonra qurd əmələ gəlir..
10 minə yaxın əhalisi olan kəndin dərdi təkcə bununla bitmir.
Kənddə içməli su sistemi olmadığından, sakinlər həyətlərində quyu və ya artezian qazmağa məcbur olurlar. Quyulardan çıxan su da şor su olur. Bu da əlavə problemlər yaradır. Sakinlər qarşılaşdıqları su problemi ilə dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı Boladı kənd ərazi icra nümayəndəsi Nizami Hüseynov bildirib ki, dövlət vəsaiti hesabına arteziyan quyuların qazılması nəzərdə tutulsa da suların duzlu olması ilə əlaqədar həmin ərazidə artezian quyularının qazılması məqsədəmüvafiq sayılmır. Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən mənbəyi Yuxarı Xanbulançay Hidroqovşağı olmaqla əraziyə su xətlərinin çəkilməsi barədə "Azərsu" ASC-yə və digər təşkilatlara məktublar göndərilib.. Gəlcəkdə kəndin içməli su ilə təminatının yaşılaşdırılması üçün aidiyyatı orqanlar tərəfindən lahiyələndirmə istiqamətində işlər aparılır.