Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan

Kişilər üçün ata olmağın ideal yaşı - Androloqdan

Tarix: 9 Oktyabr 2022 19:18

Androloq kişilərdə döllənmə, ata olmaq üçün orqanizmin ideal uyğun olduğu dövrü açıqlayıb.

Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, uroloq-andoloq Andrey Dmitriyev kişi reproduktiv sisteminin ideal dövrünün 25-28 yaş arası olduğunu deyib.

"Kişilər üçün qadınlardan fərqli olaraq, kəskin vaxt məhdudiyyəti yoxdur. Kişi istənilən yaşda ata ola bilər. Amma orqanizm zərərli vərdişlərdən və stresdən yaşlandıqca tükəndiyi üçün zamanla bu hər yaşda uğurlu olmaya bilər. Ən məhsuldar dövr 25-28 yaş arasındadır. 80% kişilərdə bu period 40 yaşına kimi davam edir.

Spermin yaşla bağlı hərəkətliliyi düşür, alkoqol və siqaret onun hüceyrələrini zədələyir.

Hamilə qalmağa infeksiyalar, xəstəliklər də təsir edir. Ona görə 30 yaşdan sonra kişilər də qadınla birgə hamiləlik planlamasına hazırlaşmalıdır.

3 ay əvvəldən siqaret, içkini azaltmalı, qidalanmaya fikir verməlidir.

3 ay ərzində spermlərin tam yenilənməsi baş verir, mayalanmaya hazır olur. Siqaret, içki, energetik içki, eləcə də aşağı çanaq hissənin isidilməsi, saunadan uzaq durmaq lazımdır.


Etiketlər:  Kişilər üçün olmağın ideal yaşı Androloqdan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ