Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallı sakininə verilən keçilərin qaytarılması tələb edilir - VİDEO

Masallı sakininə verilən keçilərin qaytarılması tələb edilir - VİDEO

Tarix: 10 Oktyabr 2022 20:14

Özünüməşğulluq proqramı çərçivəsində Masallı sakininə verilən xırdabuynuzlu heyvanların Dövlət Məşğulluq Agentliyinə qaytarılması tələb edilir.

Sonxeber.net Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Masallı rayonu, Təzə Alvadı kənd sakini Hatəm Şükürov iddia edir.

Hatəm Şükürov özünüməşğulluq proqramına qoşulmaq üçün ötən ilin avqust ayında Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Müraciət əsasında ona 21 baş  keçi verilib. Hatəm Şükürov iddia edir ki, bir müddət saxladıqdan sonra heyvanlara bit düşüb. O da keçiləri sataraq qoyun alıb.

Vətəndaşın təsərüfatında aparılan monitorinq zamanı keçilərin qoyunlarla əvəz edildiyi aşkar olunub. Bu sədəbdən Dövlət Məşğulluq Agentliyi ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya qəsdən ziyan vurduğu üçün keçiləri 30 gün ərzində geri qaytarmağı, bu mümkün olmadıqda isə heyvanların dəyərinin pul şəklində ödənilməsini tələb edib.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agetliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, bu il aprelin 19-da Hatəm Şükürovun təsərrüfatına baxış keçirilib, lakin ona təqdim edilən aktivlər yerində aşkar edilməyib. Vətəndaş keçilərə baxa bilmədiyini əsas gətirərək onları satdığını və əvəzinə qoyun aldığını bildirib. Vətəndaş keçiləri aldıqdan sonrakı dövrdə heyvanlara baxa bilməməsi ilə bağlı məşğulluq filialına heç bir müraciət etməyib. Heyvanların satılması qadağandır, qanuna uyğun olaraq bu halda həmin şəxs barəsində müvafiq tədbir görülür.

Qurum rəsmisi əlavə edib ki, Lənkəran-Astara Regional Məşğulluq filialında vətəndaşın iddia etdiyi adda işçi çalışmayıb və çalışmır.

''Vətəndaş bu addımı şəxsi maraqları və qərarı çərçivəsində atıb'', - deyə Əsmər Nəcməddinqızı vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Masallı sakininə verilən keçilərin qaytarılması tələb edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ