Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 16:50
"Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir somavar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə balığın iyindən bilir ki, bu şor balıqdır".
Sonxeber.net xəbər verir ki, bu fikirləri müğənni Afaq Aslan səsləndirib.
Afaq Aslan daha sonra əlavə edib ki, mən Əli Mirəliyevə bundan sonra da 100 il ömür arzu edirəm.
"Mən ona ölüm arzulamıram ki, qoy "Ölməz Kaşşey" kimi yaşasın. Mənim 1 milyona soyunmağım şəxsi işimdir və şəxsi məsələlər toxunulmazdır".
Məsələ ilə bağlı müğənni Əli Mirəliyevlə əlaqə saxladıq. O, bizim.media-ya açıqlamasında Afaq Aslan adında müğənnini tanımadığını bildirdi:
"Ola bilsin ki, hansısa tədbirdə bir yerdə olmuşuq. Mən də centlmenlik edib onu çaya dəvət etmişəm. Burda pis nə var ki?!"
Əli Mirəliyev onu da əlavə etdi ki, Afaq Aslana yox eyyy, indi efirə çıxan müğənninin heç birinə qarşımda soyunsa da 50 manat vermərəm".