Tarix: 2 Oktyabr 2019 11:36
Son günlər adı "Sabah"la hallanan türkiyəli məşqçi Ümit Ozat məsələyə aydınlıq gətirib.
Qol.az xəbər verir ki, o, "Radyospor"a açıqlamasında Bakı klubu ilə danışıq apardığını təsdiqləyib.
Qeyd edib ki, "Sabah"a keçidi mümkündür: "Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir günə həll olunmur. "Sabah"la ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdır. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm. "Hatayspor"dan heç bir təklif alamamışam".
Qeyd edək ki, Ü.Ozat son olaraq "Adana Demirspor"u çalışdırıb.