Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Burada yanlız güclülər sağ qalacaq''

''Burada yanlız güclülər sağ qalacaq''

Tarix: 11 Oktyabr 2022 19:54

"Türk birliyinin əsas aparıcı qüvvəsi Türkiyə və Azərbaycandır. Digər dövlətlər də artıq buna dəstək olur. Buna görə də dünya nizamı yenidən qurulur və dünyanın xəritəsi yenidən çəkilir. Burada yanlız güclülər sağ qalacaq. Güclülər öz ərazilərini qoruyub saxlayacaq, yaxud daha da artıracaqlar".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərədən qiymətləndirdikdə Türk birliyinin artıq son illər birləşməsinə yeni təkan verilir: "Cənab İlham Əliyevin Özbəkistana səfəri və orada onun qarşılanma mərasimləri, özbək xalqının türk xalqlarının bir qolu olduğu, onların bir olduqlarını və türk birliyinin üzvü olduqlarını göstərir.

Eyni zamanda, Qazaxıstan KTMT-də formal olaraq qalır. Qırğızıstan isə KTMT-nin iclasına getmədi və onların çağırışlarına cavab vermir. Yəni, yeni güclü birlik olan Türk birliyi yaranır. Burada Azərbaycanın xüsusi rolu var. Həmçinin, cənab İlham Əliyevin də bu sahədə böyük əməyi var.

Bu səfəri müsbət qiymətləndirirəm. Bizim Türk birliyi gələcəkdə hərbi siyasi ittifaq kimi birləşərək dünyanın yeni düzümündə öz sözünü deyəcək və dünyada Türk birliyinin gücü daha da artacaq. Türk dövlətləri də inkişaf edərək bir-birinə inteqrasiya edəcək. Ona görə bu səfər çox qiymətlidir və Türk dövlətlərinin inkişafında böyük rolu olacaq".


Etiketlər:  Burada yanlız güclülər sağ qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ