Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 22:03
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı başda Ukrayna və Suriya olmaqla ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.
Akar daha çox insan ölümünün qarşısının alınması, regionda sülh və sabitliyin bərqərar olması üçün təcili atəşkəsin vacibliyini vurğulayıb.
Hulusi Akar humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyənin indiyə qədər etdiyi kimi, bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha dilə gətirib.
Bundan əlavə, Akar, Suriyanın şimalında terror təhlükəsi və terror təşkilatlarının zərərsizləşdirilməsinin ölkəsi üçün prioritet olduğunu da Şoyqunun diqqətinə çatdırıb.