Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda investisiya fondunun yaradılması nələri dəyişəcək? - VİDEO

Azərbaycanda investisiya fondunun yaradılması nələri dəyişəcək? - VİDEO

Tarix: 12 Oktyabr 2022 03:24

12 il əvvəl "İnvestisiya fondları haqqında" qanun qəbul edilsə də,  hələ də ölkədə investisiya fondu yaradılmayıb.

Bir çox ölkələrdə, hətta qardaş Türkiyədə belə bu gün investisiya fondları biznesin ayrılmaz hissəsindən biridir. İnvestisiya fondları daha çox səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyində də investisiya fondları sahəsi öz əksini tapsa da, reallıqda ortada heç nə yoxdur. Vətəndaşların əksəriyyəti də müxtəlif sahələrə investisya yatırmağın uğurlu olacağını düşünürlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, İnvestisiya fondu səhmdar cəmiyyət kimi yaradılarsa, onun səhmlərini cəmiyyət ala bilər. Qapalı tipdə yaradıldıqda isə, onun səhmlərindən məhdud şəxslər yararlana bilir. Kapital bazarları inkişaf etmiş ölkələrdə bu forma daha çox məşhurdur.

Xalid Kərimli bildirib ki, yatırım üçün nəzərdə tutlan sahələr içərisində daşınmaz əmlak şirkətləri də ola bilər. Lakin bu, ev qiymətlərinin tənzimlənməsində rol oynamır. Daha çox investorların əlavə qazanc əldə etməsinə şərait yaradır.

İqtisadçı bu bazarların iqtisadiyyatın maliyyə sektorunun onurğa sütunlarından biri olduğunu da diqqətə çatdırıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda investisiya fondunun yaradılması nələri dəyişəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ