Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sülh müqaviləsi ilə bağlı Ermənistandan açıqlama

Sülh müqaviləsi ilə bağlı Ermənistandan açıqlama

Tarix: 12 Oktyabr 2022 23:54

"Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər".

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

O həmçinin qeyd edib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.

Qriqoryan qeyd edib ki, bu yanaşma sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir.


Etiketlər:  Sülh müqaviləsi ilə bağlı Ermənistandan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ