Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının ən sürətli het-triki

Çempionlar Liqasının ən sürətli het-triki

Tarix: 13 Oktyabr 2022 07:16

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.

Misirli hücumçu buna qrup mərhələsinin 4-cü turunda "Reyncers"lə görüşdə (7:1) het-trik etməklə nail olub.

68-ci dəqiqədə meydana girən Salah  76, 80 və 81-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bu, turnirin tarixində ən sürətli het-trikdir. Hər üç qolun ötürməsini Dieqo Jota verib.

Buna qədər sözügedən göstəricidə rekord 2011-ci ildə Zaqreb "Dinamo"su ilə oyunda (7:1) 8 dəqiqəyə het-trik edən "Lion"un hücumçusu Bafetimbi Qomisə məxsus idi.


Etiketlər:  Çempionlar Liqasının sürətli triki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ