Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərdəkanda marketdən xeyriyyə qutusu oğurlandı - VİDEO

Mərdəkanda marketdən xeyriyyə qutusu oğurlandı - VİDEO

Tarix: 13 Oktyabr 2022 13:58

Yəqin ki, siz də bəzi marketlərdə xeyriyyə qutularına rast gəlmisiz. Bakıda içərisində 400 manat pul olan belə bir qutu müştəri tərəfindən oğurlanıb. Özü də  digər müştərilərin gözü qarşısında. Kameralara düşən həmin kadrlar əsasında polis bu əməli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xəstə uşağın müalicəsi üçün yığılan pula göz dikib.

Paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində marketlərdən birinə qoyulan xeyriyyə qutusu oğurlanıb. Mağazanın inzibatçısı Fərid Azadlı deyir ki, həmin oğurluq anını müştərilər görüb və onlara dərhal məlumat veriblər.

Hadisə yerinə Xəzər rayon 1-ci Polis Şöbəsinin əməkdaşları  gəlib baxış keçiriblər. İnzibatçı deyir ki, həmin şəxs əvvəlcə mağazada müşahidə aparıb və daha sonra bu əməli törədib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mərdəkanda marketdən xeyriyyə qutusu oğurlandı VİDEO


RƏYLƏR