Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Direktor kamera sistemini və qab-qacağı da özü ilə yeni iş yerinə aparıb - QALMAQAL - FOTO

Direktor kamera sistemini və qab-qacağı da özü ilə yeni iş yerinə aparıb - QALMAQAL - FOTO

Tarix: 14 Oktyabr 2022 13:04

Bakıdakı məktəblərdə baş verən qalmaqallı hadisələrə daha biri əlavə olunub. Bu dəfə diqqət mərkəzinə düşən məktəb direktorudur. Ondan şikayətçi olanlar isə məktəbin müəllim kollektividir.

Milli.Az xəbər verir ki, Suraxanı rayonu 285 saylı tam orta məktəbin kollektivi musavat.com-a müraciət edərək bildirib ki, məktəbin keçmiş direktoru Səfurə Rəhimova onları çətin vəziyyətdə qoyub.

Məlumata görə Səfurə Rəhimova direktor kimi 272 saylı məktəbə təyinat alandan sonra əvvəlki təhsil ocağının bir çox avadanlığını da özü ilə aparıb.

"Müəllimlərdən məcburi şəkildə yığılan pullarla məktəbə kamera sistemi quraşdırmışdılar. 50 manat buna görə pul yığılmışdı. Amma başqa məktəbə təyinat alanda kamera sistemini də özü ilə aparıb. Səfurə Rəhimova gedərkən təkcə kamera sistemini yox, məktəbdə qonaqların qarşılanması üçün alınan qab-qacaq dəstələrini də özünü ilə aparıb"- deyə məktəb kollevtivi müraciətində yazır.

Qeyd edək ki, hazırda məktəb kollektivini ən çox narahat edən məsələ məktəbin istilik sisteminin əsas avadanlıqlarının yoxa çıxmasıdır. Müəllimlər deyir ki, Səfurə Rəhimova həmin istilik sisteminin oğurlandığını deyir. Amma məktəb kollektivi buna inanmır.

Kollektiv iddia edir ki, Safurə Rəhimova bu məktəbdən apardığı avadanlıqları yeni iş yerində müəllimlərə sırıyacaq. Onlardan pul yığaraq, bu avadanlıqları və qab - qacağı rəhbəri olduğu məktəbdə "yerləşdirəcək".
Bütün bu məsələlərlə bağlı Səfurə Rəhimovaya məlumat verilib. Amma S.Rəhimova deyilənlərlə razılaşmır.

285 saylı tam orta məktəbin kollektivinin iddiaları ilə bağlı Səfurə Rəhimovadan münasibət öyrənmək mümkün olmadı.

Milli.Az


Etiketlər:  Direktor kamera sistemini qab qacağı da özü ilə yeni yerinə aparıb QALMAQAL FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ