Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Reklamlardan milyon qazandı - Qazancını da buna sərf etdi

Reklamlardan milyon qazandı - Qazancını da buna sərf etdi

Tarix: 16 Oktyabr 2022 15:02

Bir müddət əvvəl qızını qucağına alan tanınmış aktrisa Demet Evqar reklam və seriallardan xeyli gəlir əldə edir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, aktrisa reklamdan qazandığı 1 milyon TL-ni Manisada illərdir əkinçiliklə məşğul olan ailəsinə bağışlayıb.

Bununla özünü çox xoşbəxt hiss etdiyi deyən aktrisa heç bir işdə tarladakı qədər yorulmadığını dilə gətirib:

"Hələ də bu işlə məşğuluq. Övladımı da fermaya da aparmışam ki, o yerin havası ilə nəfəs alsın. Torpaqla işləyənlərin həyatı saat 04:30-05:00 başlayır. Səhər saat 12:00-a qədər işi bitir. Torpaqla məşğul olanlarda səhər məhsuldarlığı deyilən bir şey var. Onu deyə bilərəm ki, heç bir işdə tarladakı qədər yorulmamışam"- aktrisa deyib.

Milli.Az


Etiketlər:  Reklamlardan milyon qazandı Qazancını da buna sərf etdi


RƏYLƏR