Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bavariya” “Qarabağ”ın rəqibini darmadağınla yola saldı

“Bavariya” “Qarabağ”ın rəqibini darmadağınla yola saldı

Tarix: 17 Oktyabr 2022 08:16

Almaniya Bundesliqasında 10-cu tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, dünən daha 3 qarşılaşma baş tutub.

"Köln" - "Auqsburq" matçında meydan sahibləri qələbə qazanıblar. "Union Berlin" də Dortmund "Borussiya"sını 2 cavabsız qolla yenib.

Son çempion "Bavariya" isə bu tur "Frayburq"la qarşılaşıb. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi bu oyunda 5 cavabsız qola üzülüb.

10 turdan sonra "Union Berlin" 23 xalla vahid liderdir. "Bavariya" 19 xalla 2-ci pillədə qərarlaşıb. "Frayburq" isə 18 xalla üçüncüdür.

Almaniya Bundesliqası
10-cu tur
14 oktyabr

Şalke - Hoffenhaym 0:3
Qol: Skov, 11; 59. Dabbur, 45+2.

15 oktyabr

Ayntraxt - Bayer 5:1
Qol: Kamada, 45+5-pen; 72-pen. Muani, 58. Lindström, 65. Alario, 86 - İnkapye, 56.

Ştutqart - Bohum 4:1
Qol: Silas, 3-pen; 64. Ahamada, 22. Endo, 71 - Zoller, 29.

Verder - Maynts 0:2
Qol: İnqvartsen, 36. Li, 66.

Volfsburq - Borussiya (Mönhenqladbax) 2:2
Qol: Gerhardt, 43. Marmuş, 69 - Turam, 13; 48.

Leypsiq - Herta 3:2
Qol: Forsberq, 25. Diallo, 30. Orban, 45 - Lukebakio, 62-pen. Yovetiç, 64.

16 oktyabr

Köln - Auqsburq 3:2
Qol: Tigges, 47; 81. Huseynbaşiç, 61 - Nyederlexner, 14. Kaliqiuri, 68.

Union Berlin - Borussiya (Dortmund) 2:0
Qol: Haberer, 8; 21.

Bavariya - Frayburq 5:0
Qol: Qnabri, 13. Şupo-Motinq, 33. Sane, 53. Mane, 56. Sabitser, 80.

Milli.Az


Etiketlər:  Bavariya Qarabağın rəqibini darmadağınla yola saldı


RƏYLƏR