Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 21:22
Avstriyanın hazırkı Prezidenti Aleksandr Van der Bellen 56,7% səslə yenidən prezident seçkilərində qalib gəlib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələr göstərir.
O, 4 milyondan çox etibarlı səsdən demək olar ki, 2,3 milyonunu alıb, ona görə də seçkilərin ikinci turuna ehtiyac qalmır. Onu sağ populist Avstriya Azadlıq Partiyasının namizədi Valter Rosenkrants (17,7%) və sol mərkəzçi Pivə Partiyasının lideri Dominik Vlatsnı (8,3%) izləyir.
Seçkinin nəticələrinə oktyabrın 24-dək Avstriya Konstitusiya Məhkəməsində etiraz edilə bilər.
Ümumilikdə 7 nəfər öz namizədliyini irəli sürüb ki, bu da Avstriya üçün rekord göstəricidir. Avstriyada prezident seçkiləri oktyabrın 9-da keçirilib, seçici fəallığı 65,2% təşkil edib.
Qeyd edək ki, Avstriyada 6,3 milyondan çox insan səsvermə hüququna malikdir.