Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın cəzasızlığı yeni terrorlara zəmin yaradır

Ermənistanın cəzasızlığı yeni terrorlara zəmin yaradır

Tarix: 18 Oktyabr 2022 11:57

Ermənistanın cəzasızlığı yeni terrorlara zəmin yaradır.

2020-ci ilin 17 oktyabrında Gəncədə yaşananlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayət əməllərindən daha biri idi. Bu hadisə ilə işğalçı ölkə beynəlxalq konvensiyaların tələblərini, beynəlxalq hüquq normalarını heçə saydığını bir daha nümayiş etdirmiş oldu.

Yenə ermənilər, yenə hədəfə alınan dinc sakinlər, yenə günahsız insanların ölümü, yenə terror, yenə terror... "Armenakan", "Hnçak", "Geqaron", ASALA və s. - bu adlar yəqin ki, çoxuna tanışdır və nə ifadə etdiyini yaxşı bilirlər. Erməni terror təşkilatları dünyanın müxtəlif nöqtələrində dəhşətli cinayətlərə imza atıb. Amma onlar tarix boyu ən böyük cinayət əməllərini Azərbaycan xalqına qarşı həyata keçiriblər. Xocalı, Ağdaban, Qaradağlı, Ballıqaya və digər soyqırımlar, Qarakənd faciəsi, Bakı metrosunda qatarların, Azərbaycanın müxtəlif bölgələrində sərnişin avtobuslarının, mülki şəxslərə məxsus minik avtomobillərinin partladılması və daha neçə-neçə terror aktları. Ermənistanın terrorçu dövlət olduğu, bu ölkədə terrorçuluğun ən ali səviyyədə dəstəkləndiyi çoxsaylı tarixi faktlarla, məhkəmə materialları ilə sübuta yetirilib.

Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin, Tərtərin, eləcə də digər şəhər və rayonların raket atəşinə tutulması Ermənistanın terrorçu mahiyyətinin daha bir sübutudur. Ermənilərin belə cinayət əməllərinin tarix boyu davam etməsinin isə bir səbəbi var: İşğalçı ölkənin, onun cinayətkar hərbi-siyasi rəhbərliyinin heç bir cəzaya məruz qoyulmaması. Ermənistanın cəzasızlığı davam etdikcə, yeni terror əməllərinin törədilməyəcəyinə heç kim zəmanət verə bilməz. Necə ki, müxtəlif ölkələrdə Azərbaycan səfriliklərinə hücumlar təşkil edilir, Azərbaycan diplomatlarına qarşı terror siyasəti yürüdülür.

Məsələyə münasibət bildirən politoloq Elşad Həsənov Kəpəz TV-nin suallarını cavablayıb:


Etiketlər:  Ermənistanın cəzasızlığı yeni terrorlara zəmin yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ