Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 17:36
Dünyanın ən yaşlı həkimi yüz illiyini qeyd edib və işini dayandırmaq fikrində olmadığını söyləyib.
Sonxeber.net bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.
ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindən olan Hovard Taker 98 yaş 231 günlük ikən dünyanın ən yaşlı praktiki həkimi olub. Yaşına baxmayaraq, o, layiqli istirahətdən imtina edib və tam gün işləməyə davam edib. Onun iş günü səhər doqquzdan axşam altıya qədər davam edib.
Amerikalı deyib ki, təqaüdə çıxmaq fikrində deyil. "Yox! Hesab edirəm ki, təqaüdlər yüzilliyin düşmənidir", - deyə o, izah edib. "Gənc yaşlarımda da təqaüdə çıxmağı düşünmürdüm. Əgər işini sevirsənsə və hələ də bacarırsansa, niyə dayanmalısan?" Onun 89 yaşlı həyat yoldaşı Syu də işləməyə davam edib: o, praktik psixoanalitikdir.
Taker, yubileydən qısa müddət sonra COVID-19-ə yoluxub, lakin "Zoom" vasitəsilə işləməyə davam etdiyini söyləyib. "Mənim üçün Ginnesin Rekordlar Kitabına düşməyim müstəsna şərəfdir və bunu uzun və xoşbəxt həyatımda əldə etdiyim növbəti nailiyyət kimi qiymətləndirirəm", - o deyib.
İrfan Vəliyev