Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 18:25
"Oğlum Hüseynin təhsili çox yaxşı keçir. O, Dubaya gedən gün başladım ağlamağa. Hüseyn dedi ki, ana, ağlama. Özüm özümə sual verdim ki, necə öz əlimlə gətirib uşağımı bura qoya bilərəm. Necə anayam? Amma onun bu təhsilinə görə, bu addımı atmalı idim. Çünki oğlan uşağıdır. Onun xaricdə təhsil alması ilə bağlı arzuları vardı. Mən də bu arzuda idim".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.
Sənətçi övladının təhsili üçün London şəhərini seçsə də, buna razılıq vermədiyini dilə gətirib.
"Oğlumdan soruşmadan Dubaydakı təhsil ocaqları ilə maraqlandım. Onun seçimi isə London idi. Söylədim ki, sən Londonda təhsil almağı seçsən, sənin yanına tez-tez gedib, gələ bilməyəcəyəm. Birdən gecə sənə nəsə oldu və nəsə lazım oldu. Bu iki-üç saatlıq yoldu, tez yanına uçub gələ bilərəm. Araşdırıb, bitirəndən sonra qərar aldıq ki, Hüseyn Dubayda oxusun".