Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda məşhur azərbaycanlı musiqiçi həbs edildi

İranda məşhur azərbaycanlı musiqiçi həbs edildi

Tarix: 19 Oktyabr 2022 15:34

Təbrizdə yaşayan musiqiçi Rza Əbdüləhi Pirəli həbs edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə İranın "MOUZE" teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, musiqiçi, bağlama alətinin təlimatçısı, "Təbriz Bağlama Eli" musiqi məktəbinin sahibi Rza Əbdüləhi Pirəlinin evində axtarış aparılıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən noutbukları, mobil telefonları müsadirə olunub.

Onun həbsinin səbəbləri, ittihamları və köçürülmə yeri barədə hələ də ətraflı məlumat yoxdur.

Milli.Az


Etiketlər:  İranda məşhur azərbaycanlı musiqiçi həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ