Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu təhsil ocağının qapısı səhər saat 08:30-da niyə bağlanır? - VİDEO

Bu təhsil ocağının qapısı səhər saat 08:30-da niyə bağlanır? - VİDEO

Tarix: 20 Oktyabr 2022 02:22

Tələbəsənsə, bütün çətinliklərə dözməlisən deyirlər. Axı şəxsi maşını, hər gün taksiyə ödəyəcək pulu olmayan, kirayə haqqı ucuz olduğu üçün şəhərdən çox kənarda qalan tələbələrimiz də var. Demək, Əmək və Sosial Münasibət  Akademiyasında ilk dərsə  5  dəqiqə gecikən tələbələrə nəinki qaib yazılır, onlar həmin dərsə,  ümumiyyətlə  içəriyə  buraxılmırlar. Hardan gəlirsən, necə gəlirsən,  yolda tıxac var - ya yox, bu heç kimi maraqlandırmır. Dərslərdə iştirak etməyən tələbənin imtahanda aqibəti necə olacaq bu da əslində qalır allahın ümidinə.

Uzaqdan gələni var, ictimai nəqliyyatda tıxaca düşəni, metrodakı sıxlığa görə dərsə gecikəni də var. Bu səbəblər nəzərə alınmadan Bakıdakı ali təhsil ocaqlarından birində tələbələr dərsə gecikəndə qapı arxasında qalırlar.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Əmək və Sosial Münasibət Akademiyasının tələbələri iddia edir ki, 5 dəqiqə dərsə gecikəndə onlar 45 dəqiqə bayırda gözləməli olurlar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru Fərhad Mehbalıyev bunun səbəbini izah etdi. Fərhad Mehbalıyevin sözlərinə görə, bundan sonra akademiyanın elmi şurası qaydaların sərtləşdirlməsi ilə qağlı qərar qəbul edib. Prorektor ilk 45 dəqiqə tələbələrin mütamadi gecikdiyini, müahizirələrin kobud şəkildə pozulduğunu əsas gətirərək qeyd edib ki, davamiyyətində geriləmə olan heç bir tələbəyə güzəşt olunmur:

Fərhad Mehbalıyev deyir ki, yalnız tələbələrin gecikməsi mütamadi hal alanda onlara güzəşt olunmur. Bu hal ənənəvilik xarakteri daşımayanda isə müəllim ilk 10 dəqiqə tələbəyə qayıb yazmır.

Milli.Az


Etiketlər:  Bu təhsil ocağının qapısı səhər saat 0830 da niyə bağlanır VİDEO


RƏYLƏR